Konfrans Liqası

Xudiyev Konfrans Liqasına təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakim-inspektoru Asim Xudiyev UEFA-dan növbəti təyinat alıb.

Aut.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyunları çərçivəsində iyulun 25-də keçiriləcək “Sürix” (İsveçrə) – “Şelburn” (İrlandiya) görüşünün hakim-inspektoru olacaq. Sürix şəhərində yerləşən “Letsiqrund” stadionunda baş tutacaq qarşılaşmanı kosovolu baş hakim Visar Kastrati idarə edəcək.