UEFA ispaniyalı futbolçuların şüarları ilə bağlı araşdırmaya başladı
UEFA İspaniyanın Avro-2024-də qələbəsini qeyd edərkən baş verənlərə görə etika və intizam müfəttişi təyin edib.
Aut.az xəbər verir ki, qurum bununla bağlı rəsmi saytında məlumat yayımlayıb:
“UEFA iyulun 15-də Madriddə Avropa Çempionatının kubokunun ictimaiyyətə qtəqdimatı zamanı baş vermiş davranış kontekstində yarımmüdafiəçi Rodriqo Hernandez və hücumçu Alvaro Moratanın UEFA-nın intizam qaydalarını mümkün pozmasını qiymətləndirmək üçün etika və intizam üzrə məsul işçi təyin edib. Bu məsələ ilə bağlı əlavə məlumat yaxın vaxtlarda veriləcək”.
Qeyd edək ki, İspaniya millisinin futbolçuları Rodri və Alvaro Moratanın Madriddəki meydanda səhnədən “Cəbəllütariq İspaniyadır” şüarları səsləndirməsi ilə bağlı Cəbəllütariq Futbol Assosiasiyası UEFA-ya şikayət edib.
İngiltərə və İspaniya Utrext müqaviləsinə əsasən 1713-cü ildən bəri Britaniyanın xaricdəki ərazisi olaraq qalan Cəbəllütariqin mülkiyyəti üzərində mübahisə edir.
Aut.az
