Azərbaycan futbolu

“Kəpəz” daha bir futbolçu ilə müqavilə müddətini uzatdı

“Kəpəz” daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.

Aut.az xəbər verir ki, “sarı-göylər” Tural Rzayevlə anlaşıb.

Gəncə futbol məktəbinin yetirməsi olan yarımmüdafiəçi ilə klub arasında 1+1 illik sözləşmə imzalanıb.

“Kəpəz” daha əvvəl Yeqor Xvalko, Elmir Tağıyev, Ehtiram Şahverdiyev, Əli Səmədov və Vurğun Hüseynovla başa çatan müqavilə müddətini yeniləyib.