II Liqada komanda sayı bəlli oldu
II Liqada yeni mövsüm iştirak edəcək sonuncu komanda müəyyənləşib.
Aut.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, AFFA və PFL II Liqada komanda sayının optimallaşdırılması məqsədilə müzakirələri yekunlaşdırıb. II Liqada çıxış edəcək 14-cü komandanın “Şəfa” olmasına qərar verilib.
