“Qalatasaray “Zenit”lə rəsmi danışıqlara başladı
“Qalatasaray” klubu yarımmüdafiəçi Vendelin transferi üçün Sankt-Peterburqun “Zenit”i ilə rəsmi danışıqlara başlayıb.
Aut.az xəbər verir ki, bu barədə “X” sosial şəbəkəsində jurnalist Nevzat Dendar məlumat verib.
Xatırladaq ki, daha əvvəl Türkiyə klubu “ağ-göylər”lə anlaşa bilsə, Vendelin “Qalatasaray”a keçmək variantını nəzərdən keçirməyə hazır olduğu haqda məlumat yayılmışdı. Ötən mövsüm Vendel bütün yarışlarda 35 matçda iştirak edib və bu matçlarda 4 qol vurub, 10 məhsuldar ötürmə edib.
Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu Transfermarkt internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 20 milyon avrodur.
Aut.az
