Əfsanəvi Anri 46 yaşında da super qollar vurur – VİDEO
“Monako”, “Arsenal”, “Barselona” və Fransa millisinin keçmiş hücumçusu, Fransanın U-23 Olimpiya komandasının baş məşqçisi Anri hələ də hücumçu üçün vacib olan ən yaxşı keyfiyyətlərini qoruyur.
Aut.az xəbər verir ki, internetdə keçmiş məşhur forvardın 2024-cü il Olimpiadasına hazırlaşan komandasının təlim-məşq toplanışında vurduğu iki qolun videosu yayılıb.
Videodan bəlli olur ki, Anrinin hücumçu kimi istedadı sadəcə yaşın sərhədindən kənardadır.
Aut.az
Thierry Henry will never lose it. ⭐️ pic.twitter.com/wptqBTVB2n
— Football Tweet ⚽ (@Football__Tweet) July 17, 2024
