Azərbaycan futbolu

Qəzaya düşən PFL rəhbərliyinin durumu açıqlandı

Peşəkar Futbol Liqasının ötən ilin dekabrında qəzaya düşən rəhbərliyinin durumu açıqlanıb.

Aut.az xəbər verir ki, bu barədə qurumun prezidenti vəzifələrini icra edən Elgiz Abbasov məlumat verib

O, prezident Elxan Səmədov və vitse-prezident Aslan Şahgəliyevin durumunun qənaətbəxş olduğunu bildirib. Abbasov Səmədovun artıq gəzməyə başladığını, Şahgəldiyevin bəzi günlərdə işə gəldiyini bildirib.

Qeyd edək ki, PFL rəhbərliyi Xankəndi şəhərinə səfər edərkən qəzaya düşmüşdü.