“Araz-Naxçıvan” Super Liqa təmsilçisi ilə heç-heçə etdi
“Araz-Naxçıvan” təlim-məşq toplanışı çərçivəsində bu gün ilk oyununu keçirib.
Aut.az xəbər verir ki, Muxtar Respublika təmsilçisi “Alanyaspor”la qarşılaşıb. Matç 1:1 hesabı ilə yekunlaşıb.
“Araz-Naxçıvan”ın heyətində Felipe Santos fərqlənib. “Alanyaspor”un qolunu isə Efecan Karaca vurub.
