Güləş

Məmmədov geri çəkildi: Olimpiadadan imtina etdi

Rusiyalı güləşçi Şamil Məmmədov Paris Olimpiadasında iştirakdan imtina edib.

Aut.az xəbər verir ki, Rusiya Federasiyasından 10 güləşçi Oyunlara dəvət alıb. Lakin sonradan Rusiya Güləş Federasiyası komandanın 2024-cü il Olimpiadasında iştirakından imtina etmək qərarına gəlib. Bu həftə Məmmədovun adı BOK-un internet saytında Oyunlara dəvəti qəbul edən idmançılar bölməsində yer alıb.

“Güləşçi Şamil Məmmədovun Olimpiya Oyunlarında iştirakı ilə bağlı vəziyyət aydınlaşıb. Şənbə günü Məmmədov zədəsinin bərpası səbəbindən Olimpiadada iştirakının mümkünsüzlüyü ilə bağlı yekun qərarını verib. Güləşçi qərarı barədə BOK-u məlumatlandırıb”, – TASS FSBR-nin mətbuat xidmətindən sitat gətirib.

Aut.az