Dopinq qalmaqalı: Olimpiya çempionu cəzalandırıldı
Ukrayna Milli Antidopinq Mərkəzi (NADC) antidopinq qaydalarını pozduğuna görə idmandan kənarlaşdırılan idmançıların siyahısını açıqlayıb.
Aut.az xəbər verir ki, siyahıda əfsanəvi biatlonçu Vita Semerenkonun da adı var.
Onun cəzası 20 mart 2024-cü ildə başlayıb. Cəzaya səbəb 38 yaşlı idmançının il ərzində üç antidopinq testini buraxmasıdır. Diskvalifikasiyanın bitmə tarixi göstərilmir.
Xatırladaq ki, Vita Semerenko estafetdə 2014-cü ilin Olimpiya çempionu, sprintdə isə bürünc mükafatçıdır.

Aut.az
