Bir oyunda iki yeniyetmə: Avro-2024-ün finalında tarixi rekord
İyulun 14-də Avro-2024-ün finalında İspaniya və İngiltərə qarşılaşır.
Aut.az xəbər verir ki, oyunda iki yeniyetmə (19 yaşa qədər) start heyətində yer alıb: Lamin Yamal (İspaniya) və Kobbi Meynu (İngiltərə).
Avropa çempionatları tarixində ilk dəfə olaraq turnirin finalında 20 yaşa qədər iki futbolçu ilk dəqiqələrdən meydanda olub.
Aut.az
