İlin ən yaxşı boksçusu görün kim seçildi
Amerikalı boksçu Terens Krouford ESPY versiyasına görə ilin ən yaxşı boksçusu seçilib.
Aut.az xəbər verir ki, Aleksandr Usik, Naoya İnoue və Seniesa Estrada da mükafata namizəd olublar.
Krouford keçən iyul ayında Errol Spensi məğlub edərək yarımağır çəkidə şəksiz dünya çempionu oldu. Daha sonra döyüşmədi, buna görə də WBC və IBF titullarından məhrum edildi.
Avqustun 3-də məğlub olmayan amerikalı boksçu WBA dünya titulu və kiçik orta çəkidə WBO titulu uğrunda döyüşəcək. Onun rəqibi İsrail Mədrimov olacaq.
Aut.az
