Məmmədov Parisə gedir: Rusiyadan yeganə güləşçi olacaq
Rusiyalı sərbəst güləşçi Şamil Məmmədov Parisdə keçiriləcək Olimpiya Oyunlarının iştirakçıları siyahısına daxil edilib.
Aut.az xəbər verir ki, bu barədə Birləşmiş Güləş Dünyasının (UWW) mətbuat xidməti məlumat yayıb.
23 yaşlı Məmmədov güləş turnirinə 65 kq çəki dərəcəsində qatılıb. O, bu siyahıdakı yeganə rusdur.
Rusiya güləşçiləri 16 Olimpiya lisenziyası qazanmışdılar, lakin BOK yalnız 10 rusiyalının Oyunlarda iştirakına icazə verib. Lakin Rusiya Güləş Federasiyası (FSBR) Parisdə heç bir idmançının yarışmayacağına qərar verib. Məmmədov BOK-un Oyunlarda iştirak etmək dəvətini qəbul edən yeganə rusiyalı güləşçi olub.
Məmmədov 2023-cü ildə sərbəst güləş üzrə dünya çempionatının bürünc mükafatçısıdır.

Aut.az
