Qurban Qurbanov görün hansı millinin baş məşqçi postuna namizəd imiş
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov İrlandiya millisini çalışdıra bilərmiş.
Aut.az xəbər verir ki, 52 yaşlı mütəxəssis İrlandiya millisinin baş məşqçi postuna namizədlərdən biri olub. Bu barədə “Second Captains” məlumat yayıb.
Onunla yanaşı, siyahıda Qustavo Poyet və Roy Kinin də adı daxil edilib. Lakin sonda federasiya yığmanı islandiyalı Heimir Hallgrimssona tapşırıb.
Aut.az
