Azərbaycan futbolu

“Sumqayıt”ın yoxlama görüşündəki son rəqibi bilindi

Türkiyənin paytaxtı Ankarada təlim-məşq toplanışını davam etdirən “Sumqayıt”ın yoxlama görüşündə qarşılaşacağı son rəqibin adına aydınlıq gəlib.

Aut.az xəbər verir ki, Samir Abasov rəhbərlik etdiyi klub Türkiyə Superliqa təmsilçisi “Adana Demirspor”la qarşılaşacaq.

İyulun 16-da baş tutacaq matçın məkanı və saatı barədə məlumat yaxın günlərdə veriləcək.