Dünya futbolu

Messidən müəmmalı açıqlama: Bunlar Argentina millisindəki…

Argentina millisinin hücumçusu Lionel Messi müəmmalı açıqlama verib.

Aut.az xəbər verir ki, o, tezliklə yığmanın heyətində son oyununu keçirə biləcəyinə eyham vurub:

“Argentina milli komandası ilə baş verən hər şeydən həzz almaq lazımdır. Yenə finala çıxdıq və kubok uğrunda mübarizə aparacağıq. Biz şansımızdan yararlanmaq istəyirik. Mən çox məmnunam və Anxel Di Maria və ya Nikolas Otamendi kimi başa düşürəm ki, bunlar mənim son döyüşlərimdir”.

Qeyd edək ki, Argentina millisi Amerika kubokunun finalına yüksəlib. İyulun 14-də komanda titulunu qorumaq üçün mübarizə aparacaq. Argentinalıların finaldakı rəqibi bu gecə baş tutacaq Uruqvay – Kolumbiya cütünün qalibi olacaq.

Qeyd edək ki, Argentina mətbuatı Messinin 2026-cı il dünya çempionatında oynayacağına əmin olmadığını iddia edir.

Aut.az