Basketbol

Azərbaycan millisi məğlub oldu

Azərbaycanın 16 yaşadək oğlanlardan ibarət basketbol millisi Albaniyanın paytaxtı Tiranada keçirilən Avropa çempionatının C divizionunda ilk oyununa çıxıb.

Aut.az xəbər verir ki, Tahir Baxşıyevin rəhbərlik etdiyi milli Albaniya ilə üz-üzə gəlib.

Qarşılaşma seçməmizin 56:60 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, U-16 millimiz növbəti oyununu iyulun 10-u saat 16:30-da Moldovya qarşı keçirəcək. Bir gün sonra isə saat 16:30-da Malta yığmamızın rəqibi olacaq.