Rüstəm Əfsərli rəsmən “Neftçi”də
“Neftçi”də yeni təyinat olub.
Aut.az xəbər verir ki, Rüstəm Əfsərli paytaxt təmsilçisinin Media üzrə koordinatoru vəzifəsinə təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Rüstəm Əfsərli 2005-ci ildən idman mətbuatındadır. 2015-ci ildən etibarən isə o, “CBC Sport” kanalında çalışıb. Bu müddətdə müxtəlif layihələrin yaradıcısı və iştirakçısı olub, telekanalda Şərhçilər qrupuna rəhbərlik edib və Proqram direktoru kimi fəaliyyət göstərib. Həm milli, həm də beynəlxalq idman yarışlarında şərhçi, aparıcı və prodüser kimi işləyib, 2018 və 2020-ci illərdə “İlin ən yaxşı şərhçisi” mükafatını qazanıb.
Qeyd edək ki, 2017-ci ildə “Neftçi”də oxşar vəzifədə çalışmış Rüstəm Əfsərlinin təyinatı ilə bağlı əvvəlcədən məlumat vermişdik.
Aut.az
