“Milan”ı Ərəbistan klubuna dəyişməyə hazırlaşır
“Milan”ın 26 yaşlı müdafiəçi yarımmüdafiəçisi İsmael Bennaser karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Ben Yakobs X sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, Əlcəzair millisinin futbolçusu Səudiyyə Ərəbistanı liqasına keçməyə hazırdır. Onun müqaviləsində satın alma maddəsinin olduğu bildirilir. Eyni zamanda, şərtlər hər iki tərəfə uyğun gəlməsə, futbolçu Milanda qalmağa hazırdır. Lakin Bennaserin klubu tərk etmə ehtimalı yüksəkdir.
Qeyd edək ki, Bennaser ötən mövsüm bütün turnirlərdə 25 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Futbolçunun klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Aut.az
