Dünya futbolu

Amerika Kuboku: Braziliya dayandı, Kolumbiyadan darmadağın

Amerika kubokunda bütün yarımfinalçılar bəlli olub.

Aut.az xəbər verir ki, 1/4 finalın son iki oyununda Kolumbiya Panamaya 5 cavabsız qolla qalib gəlib.

Uruqvay – Braziliya matçının əsas vaxtında hesab açılmayıb. Penaltilər seriyasında isə Uruqvay daha dəqiq olaraq (4:2) yarımfinala yüksəlib.

Yarımfinalda Kolumbiya Uruqvayla qarşılaşacaq. Digər cütdə isə Argentina və Kanada münasibətlərinə aydınlıq gətirəcəklər.

Amerika Kuboku, 1/4 final
7 iyul
Kolumbiya – Panama – 5:0
Qollar: Kordoba, 8, Rodriqes, 15, Diaz, 41, Rioas, 70, Borja, 90+4

Uruqvay – Braziliya – 0:0 (Penaltilər seriyası – 4:2)