Tükiyə millisinin üzvləri qələbəni qeyd etmək üçün görün nə sifariş ediblər
Türkiyə milli komandasının əməkdaşları Avro-2024-ün 1/4 final mərhələsinə yüksəlməsi şərəfinə futbolçular, eləcə də işçi heyəti üçün 300 kabab sifariş ediblər.
Aut.az xəbər verir ki, bu barədə “Bild” məlumat yayıb.
Mənbənin sözlərinə görə, kabab yeməyə dəvət olunan komandanın heyəti 150 nəfər olub. Onlar təhlükəsizlik işçiləri, polislər və otel əməkdaşları da yer alıb. Futbolçulardan birinin eyni anda üç kabab yediyi vurğulansa da, adı açıqlanmayıb.
Xatırladaq ki, Avro-2024-ün 1/8 finalında “ay-ulduzlar” Avstriyaya 2:1 hesabı ilə qalib gəlib.
Avropa çempionatının 1/4 final mərhələsində Türkiyə Niderland ilə qarşılaşacaq. Qarşılaşma iyulun 6-da Berlindəki “Olimpiastadion”da baş tutacaq.
Aut.az
