Azərbaycan futbolu

“Qarabağ” beynəlxalq turnirə qələbə ilə başladı

“Qarabağ”ın 16 yaşadək futbolçulardan ibarət komandası beynəlxalq turnirdə mübarizəyə qoşulub.

Aut.az xəbər verir ki, Estoniyada təşkil olunanvə “Tallinn Cup” adlanan yarışın ilk turunda Rəşad Sadiqovun baş məşqçisi olduğu komanda Latviya təmsilçisi AUDA ilə qarşılaşıb. Ağdam klubu rəqibini böyük hesabla məğlub edib – 4:1.

“Qarabağ” ın qollarını Əli İbrahim (2), Əli Əliyev və Rəşid Tarıverdiyev vurub.

7 komandanın mübarizə apardığı turnirin oyunları iyulun 4-dən 7-ədək dairəvi sistem üzrə keçirilməsi planlaşdırılır. “Qarabağ” sabah gün İsveçin “Hesselbi” və Estoniyanın “NF Academy” komandası ilə qarşılaşacaq. İyulun 6-da digər İsveç klubu “Jarlaberq” və Estoniya “Olimp”i ilə üz-üzə gələcək “köhlən atlar” turnirin son günündə yerli “Trans Narva” ilə görüşəcək.

Qeyd edək ki, bu, “Qarabağ” akademiyasının komandalarının mövsümdə 9-cu səfəridir.

Aut.az