Azərbaycan futbolu

Santuş Qəbələ stadionuna baş çəkib

Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş bu gün Qəbələ şəhərində olub.

Aut.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Qəbələ şəhər stadionunun infrastrukturu ilə tanış olub.

Baş məşqçiyə stadion və məşq meydanlarının hazırkı durumu, orada yaradılan şəraitlə bağlı məlumat verilib.