UEFA-da biabırçılıq: Donetski Rusiya şəhəri kimi göstərdilər – FOTO
Ukrayna millisinin müdafiəçisi Maksim Taloverovun UEFA-nın rəsmi saytındakı profili ətrafında qalmaqal yaranıb.
Aut.az xəbər verir ki, 24 yaşlı futbolçunun “doğulduğu ölkə” qrafasında Donetskdən olmasına baxmayaraq, Rusiya göstərilib.
Qeyd edək ki, bu, UEFA-nın siyasi mövqeyi deyil, sadə səhv ola bilər. Donetskdən olan Efim Konoplya və Anatoli Trubinin, həmçinin Krımda anadan olan Nikolay Matvienkonun profillərində “doğum ölkəsi” sütununda Ukrayna göstərilir.

Aut.az
