Dünya futbolu

Enrike ondan qurtulmaq istəyir: Türkiyə nəhəngləri hərəkətə keçdi

PSJ-nin və Slovakiya millisinin 29 yaşlı müdafiəçisi Milan Skrinyar bu yay klubu tərk edə bilər.

Aut.az xəbər verir ki, bu barədə “Footmercato” internet nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, parislilərin baş məşqçisi Luis Enrike futbolçu ilə hesablaşmır və maaşı çox olduğu üçün ondan yaxa qurtarmaq istəyir. Bazarda Skrinyara tələbatın olduğu bildirilir. Türkiyə klubları “Fənərbaxça”, “Qalatasaray” və “Beşiktaş” futbolçuya xüsusi diqqət yetirir.

Futbolçu Slovakiyalı komandası ilə birlikdə Almaniyada keçirilən Avropa çempionatında 1/8 finala yüksəlib və qrup mərhələsinin bütün oyunlarında iştirak edib.

Xatırladaq ki, ötən mövsüm Skrinyar PSJ-nin heyətində 32 oyun keçirib və  qol vurub. Transfermarkt internet portalının məlumatına görə, slovakiyalının bazar dəyəri 30 milyon avrodur.

Aut.az