Dzeko “Fənər”dən gedir: Bu iki ölkədən təklif alıb
“Fənərbağça”nın 38 yaşlı hücumçusu Edin Dzekoya Səudiyyə Ərəbistanı və Xorvatiyadan təkliflər gəlib.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Yağız Sabunkoğlu “X” sosial şəbəkəsində məlumat yayıb.
Mənbənin sözlərinə görə, bosniyalının Türkiyə klubundakı gələcəyi bəlli deyil və hələlik müqavilənin uzadılması ilə bağlı qərar verilməyib. Bildirilir ki, Dzekoya artıq iki rəsmi təklif var – Səudiyyə Ərəbistanı və Xorvatiyadan.
Dzeko 2023-cü ildən “Fənərbağça”da çıxış edir. Ötən mövsüm türk klubunun heyətində bütün turnirlərdə 46 oyun keçirən yarımmüdafiəçi 25 qol vurub, 10 məhsuldar ötürmə edib. Futbolçunun hazırkı klubu ilə müqaviləsi 2025-ci ilin iyunun sonuna kimi qüvvədədir. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 2,7 milyon avrodur.
Aut.az
