Ronaldo futbola baxa bilmir: Bu idman növünü isə 5 saat izləyir
Braziliya millisinin və “Real Madrid”in sabiq hücumçusu Ronaldo tennisə marağından danışıb.
Aut.az xəbər verir ki, o, bu barədə məşhur tennis meneceri, əfsanəvi Serena Uilyamsın keçmiş məşqçisi Patrik Muratoğlunun akademiyasının təşkil etdiyi illik xeyriyyə gecəsində danışıb.
“Mən tennisi çox sevirəm! Tennislə bağlı hər şeyi sevirəm. İndi futboldan çox tennis haqqında düşünürəm. Bu inanılmazdır! Artıq bütün futbol matçlarına baxa bilmirəm – onlar indi çox darıxdırıcıdır. Amma mən beş saat tennis izləyə bilərəm. Həftədə üç dəfə məşq edirəm və artıq çox rəqabətliyəm. Oyunum hər gün daha da yaxşılaşır”, – “Tennis Majors” əfsanədən sitat gətirib.
Aut.az
