Bu 10 futbolçu 1/8 finalda oynamayacaq: Türkiyədə ciddi itkilər
İyunun 29-da Avropa çempiotında pley-off mərhələsinə start veriləcək.
Aut.az xəbər verir ki, 9 komandadan 10 futbolçu cəza səbəbindən 1/8 final mərhələsini buraxacaq. Onların hər biri qrup mərhələsində iki dəfə xəbərdarlıq alaraq diskvalifikasiya edilən oyunçulardır.
Türkiyə millisinin əsas heyət üzvləri – kapitan Hakan Çalhanoğlu və müdafiəçi Samed Akaydın qrup mərhələsinin son turunun Çexiya ilə oyununda (2:1) cəzalı vəziyyətə düşüblər.
Yalnız İngiltərə – Slovakiya və Fransa – Belçika matçlarında cəzalı futbolçu yoxdur.
İsveçrə – İtaliya: Silvan Vidmer / Rikkardo Kalafiori.
Almaniya – Danimarka: Conathan Ta / Morten Yulmann.
İspaniya – Gürcüstan: heç kim / Anzor Mekvabişvili
Portuqaliya – Sloveniya: heç kim / Erik Yanya.
Rumıniya – Hollandiya: Nikusor Banku / heç kim.
Avstriya – Türkiyə: Patrik Vimmer / Hakan Çalhanoğlu və Samed Akaydın.
