Ona vaxtında yardım edilməyib? – UEFA iddia edir ki…
Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) həkimlər briqadasının Macarıstan yığmasının hücumçusu Barnabas Varqanın zədəsinə gec reaksiya verməsi ilə bağlı tənqidlərə cavab verib.
Aut.az xəbər verir ki, Varqada Şotlandiyanın qapıçısı Anqus Qann ilə toqquşması nəticəsində çoxsaylı üz sınığı və beyin silkələnməsi baş verib. 26 yaşlı futbolçu huşunu itirib və qazonda uzanaraq qıcolma hərəkətləri edib. İlkin tibbi yardım göstərildikdən sonra Varqanı xərəkdə meydançadan çıxararaq xəstəxanaya aparıblar. Macarıstanlı forvardın vəziyyəti stabildir və əməliyyat olunub.
Macarıstanlı yarımmüdafiəçi Dominik Soboslai sonra həkimlərin dərhal meydançaya qaçmamasından narazılığını bildirdi. Lakin UEFA hər şeyin protokola uyğun aparıldığını iddia edir.
Aut.az
