Dünya futbolu

Ronaldo Dubayın ən dəbdəbəli yerində torpaq sahəsi aldı

“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo ailəsi ilə birlikdə Dubayda (BƏƏ) süni “Jumeirah Bay” adasında torpaq sahəsi alıb.

Aut.az xəbər verir ki, bu barədə “Ge.Globo” məlumat yayıb.

Mənbənin sözlərinə görə, əməliyyatın dəyəri 25 milyon avro olub.

“Jumeirah Bay” adası, şəhərin özü ilə 300 metr uzunluğunda bir körpü ilə bağlıdır. Xarici olaraq, ada dəniz atının formasına bənzəyir. Onun üzərində yalnız dəbdəbəli daşınmaz əmlakların tikildiyi bildirilir.

Qeyd edək ki, Ronaldo 2023-cü ilin yanvarından “Əl-Nəsr”də çıxış edir. O, ötən mövsüm bütün turnirlərdə 45 oyun keçirib, 44 qol vurub, 13 məhsuldar ötürmə edib.

Aut.az