UEFA “Sumqayıt”ın oyununun vaxtını dəyişdi
“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la cavab oyununun vaxtında dəyişiklik edilib.
Aut.az Macarıstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma öncədən nəzərdə tutulduğu kimi avqustun 1-də keçirilməyəcək.
UEFA Sekeşfehervardakı görüşün iyulun 31-də baş tutmasını qərara alıb. Komandalar arasında ilk duel isə iyulun 25-də Sumqayıtda reallaşacaq.
Aut.az
