“Dinamo” Berdıyevin “Turan Tovuz”a getdiyini rəsmən açıqladı
Mahaçqala “Dinamo”su klub prezidentinin müşaviri vəzifəsində çalışmış klubun keçmiş baş məşqçisi Kurban Berdıyevin gedişini rəsmən elan edib.
Aut.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Sizə böyük təşəkkür etmək istəyirik, Qurban Bekieviç! “Dinamo”nun tarixində ilk dəfə elit diviziona çıxmasına kömək etdiyinizə, oyunçularımızı öyrətdiyinzə görə – və onlar sizdən çox şey öyrəndi, əks halda son uğur mümkünsüz olardı.
Respublikada uşaq və yeniyetmələr futbolunun inkişafı istiqamətində səmimi və həvəslə gördüyünüz işlərə görə Sizə xüsusi təşəkkürümüzü bildiririk. Yeni klubunuzda sizə uğurlar”, – deyə klubun mətbuat xidməti teleqram kanalında bildirib.
Mütəxəssis “Turan Tovuz”la anlaşıb. Onunla 2+1 illik müqavilə imzalanıb.
Aut.az
