Azərbaycan futbolu

Ayaz Quliyev amerikalını döyüb – Sabiq komanda yoldaşı açıqladı

“Spartak”ın sabiq futbolçusu Vladislav Panteleyev keçmiş komanda yoldaşı, hazırda “Sabah”da çıxış edən Ayaz Quliyevin çətin xarakterindən danışıb.

Aut.az xəbər verir ki, Vladislav bu barədə  “Sport24”-ə müsahibəsində deyib.

“Həyatda Ayaz sakit, mehriban, ünsiyyətcil insandır. Amma Quliyev nəyisə bəyənməyən kimi bir saniyə içində qaynayır.  Və hər kəs artıq bu hekayələri bilir.

-Bunlardan ən məşhuru yolda amerikalını döyməsidir.

-İnsanlarda bəzən qığılcım olur. Ayaz mənə dedi: “Pantik, o mənim maşınımı vurdu. Mən özümü sadəcə idarə edə bilmədim. Onun arxasınca qaçdım. O isə əli ilə nəsə göstərirdi. Ona yapışdım və özümü saxlaya bilmədim, başa düşürsən?”

Belə olur, insan qəflətən alışır. Daha sonra hirsi soyuyanda “mən bunu niyə etdim” deyir.

-Quliyev dəyişib?

-Biz həmişə asanlıqla ümumi dil tapırdıq. Meydanda isə… Tulada bir az dəyişmişdi, azca. Həmin dəliqanlıdır. Ayaz heç vaxt qışqırmırdı – bu, xüsusən də mənə aiddir. Ona deyirsən ki, “Qul, sakit ol” və vəssalam.

Aut.az