Digər

İkiqat dünya çempionu öldü

Qılıncoynatma üzrə ikiqat Olimpiya mükafatçısı, ikiqat dünya çempionu Quram Kostava 87 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə Rusiya Qılıncoynatma Federasiyasının mətbuat xidməti məlumat yayıb.

“Kostava dünya çempionatlarında və Olimpiya oyunlarında ilk mükafatları qazanaraq yerli qılıncoynatma sənətinin şanlı tarixini yaradan görkəmli sovet qılıncoynadanlarının qalaktikalarından biri idi. Kostava milli qılıncoynatma məktəbinin ənənələrini qoyanlar arasında idi.

Quram Georgiyeviçin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk”, – FFR-in saytında deyilir.

1960-cı ildə Romada keçirilən Olimpiadada komanda növündə bürünc medal qazanan Kostova dörd il sonra Tokioda fərdi turnirdə üçüncü olub. Bundan əlavə, sovet şpaqaçısı dünya çempionatlarında iki qızıl, iki gümüş və üç bürünc medal qazanıb.

Aut.az