Digər

Dünya rekordu belə qırıldı – VİDEO

İndianapolisdə keçirilən Olimpiya təsnifat mərhələsində Reqan Smit 100 metr məsafəyə arxası üstə üzməkdə dünya rekordu vurub.

Aut.az xəbər verir ki, 22 yaşlı amerikalı məsafəni 57,13 saniyəyə qət edib. O, 2023-cü ilin oktyabrında avstraliyalı Keyli Makkeon (57,33) tərəfindən müəyyən edilən nəticəni üstələyib.

Xatırladaq ki, Reqan Smit 2020-ci ildə Tokioda keçirilən Olimpiya Oyunlarının üçqat mükafatçısı (0-2-1), həmçinin üçqat dünya çempionudur.