Çindən qəribə addım: Onları Parisə göndərir
Çin Milli Olimpiya Komitəsi dopinq problemi olan üzgüçüləri Paris Olimpiadasına göndərəcək.
Aut.az xəbər verir ki, bu barədə RMC Sport məlumat yayıb.
Qeyd olunur ki, Çin artıq yarışa üzgüçülər seçib, onlardan 11-i Tokio Oyunlarında səs-küylü dopinq qalmaqalının iştirakçısıdır.
Xatırladaq ki, daha əvvəl “The New York Times” çinli üzgüçülərin orqanizmində dopinq aşkar etdiyinə dair araşdırma aparmış, bundan sonra WADA ilə USADA arasında qalmaqal yaranmışdı.
Çin tərəfi WADA-nı trimetazidinin təsadüfən idmançıların orqanizminə daxil olduğuna inandıra bildi. Təşkilat müsbət dopinq testlərini ictimaiyyətə açıqlamayıb.
Hazırda bu məsələdə olimpiya komitələri arasında həqiqət uğrunda mübarizə davam edir.
Aut.az
