Avropa Çempionatı

Ronaldo Avropa çempionatlarının tarixinə düşdü

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo tarixdə 6 Avropa Çempionatında oynayan ilk futbolçu olub.

Aut.az xəbər verir ki, 39 yaşlı forvard 2024-cü il Avropa çempionatının qrup mərhələsinin Çexiya ilə oyununda meydana çıxmaqla buna nail olub Ronaldo əvvəllər 5 müxtəlif Avropa çempionatında iştirak edib. Bu, 2004, 2008, 2012, 2016 və 2020-ci illərdə baş verib.

Kriş Çexiya ilə matça qədər Portuqaliya millisinin heyətində də 207 oyun keçirib və 130 qol vurub.

Aut.az