Dünya futbolu

Heyrətamizdir: Messiyə 1,4 milyard veriblər, amma bu səbəbdən imtina edib

Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubunun prezidenti Anmar Əl-Xeyli əfsanəvi argentinalı futbolçu Lionel Messiyə 2023-cü ildə müqavilə təklif etdiyini bildirib.

“Biz Messiyə PSJ-dən ayrılanda müqavilə təklif etmişdik. Ona 1,4 milyard avroluq təklif təqdim etdik, lakin ailəsi Amerikaya getmək istədiyi üçün Leo imtina etdi. Futbolçunun ailəsi naminə belə səxavətli təklifi necə geri çevirə bilməsi heyrətamizdir. Amma biz bu qərara hörmətlə yanaşırıq, çünki ailə puldan daha vacibdir”, – Əl-Xaili NIBC-yə bildirib.

Hazırda 36 yaşlı Lionel Messi Amerikanın “İnter Mayami” klubunda çıxış edir. Bu mövsüm o, 15 oyun keçirib, 14 qol vurub və 11 məhsuldar ötürmə edib.

Aut.az