Azərbaycan futbolu

AFFA Santuşa verəcəyi pulun məbləğini açıqlamadı – Niyə?

AFFA-nın vitse-prezidenti Sərxan Hacıyev milli komandanın yeni baş məşqçisi Fernandu Santuş ilə imzalanan müqavilənin detalları barədə məlumat verib.

Aut.az xəbər verir ki, Hacıyev portuqaliyalı mütəxəssis ilə imzalanan sözləşmənin müddətinin 3+1 illik olduğunu bildirib. Federasiya rəsmisi anlaşmanın maliyyə tərəfləri barədə məlumat verməyib.

Qeyd edək ki, Santuş ötən gün Azərbaycan millisinin baş məşqçisi təyin olunub. Bu gün isə ictimaiyyətə təqdim edilib.