Azərbaycan futboluSeçmə

Azərbaycan millisi 21 illik fasilədən sonra bunu bacardı

Futbol üzrə Azərbaycan millisi Macarıstanda keçirilən yoldaşlıq görüşündə Qazaxıstana 3:2 hesabı ilə qalib gəlib.

Aut.az xəbər verir ki, bununla komandamız 21 illik fasilədən sonra 2 top fərqi ilə geri düşdüyü matçda geridönüş edə bilib.

Qazaxlarla matçda yığma Yan Voroqovskiy və Maksim Somorodovun 2 və 29-cu dəqiqədə vurduğu qollarla geri düşsə də, təslim olmayıb. Mahir Emreli fasiləyə qədər (41-ci dəqiqə) hesab arasındakı fərqi azaldıb. İkinci hissədə isə Emin Mahmudov (50-ci dəq.) və Toral Bayramov (72-ci dəq) fərqlənərək komandamızı hesabda önə keçirib. Yekunda Azərbaycan Qazaxıstanı 3:2 hesabı ilə məğlub edib.

Millimiz sonuncu dəfə 2 top fərqi ilə geri düşdüyü görüşdə 21 əvvəl geridönüş etmişdi. Bu, Avro-2004-ün seçmə mərhələsi çərçivəsində 2003-cü ilin fevralın 12-də Serbiya və Çerneqoriya ilə səfər görüşündə baş vermişdi. Həmin vaxt Qurban Qurbanov dubl etməklə yığmanın xilaskarı olmuşdu.

Aut.az