Digər

“Şöhrət Zalı”nın üzvü olan əfsanəvi mütəxəssis öldü

Fiqurlu Konkisürmə üzrə “Şöhrət Zalı”nın üzvü Frenk Kerroll 85 yaşında vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə ABŞ Fiqurlu Konkisürmə Federasiyası məlumat yayıb.

Amerikalı mütəxəssis konkisürmə üzrə ikiqat dünya çempionu və Olimpiya oyunlarının gümüş mükafatçısı Linda Fratiani, beşqat dünya çempionu və ikiqat olimpiya mükafatçısı Mişel Kvan və kişilər arasında konkisürmə üzrə Olimpiya və dünya çempionu Evan Lysacek kimi idmançıları yetişdirib.

1996-cı ildə Kerroll ABŞ-ın Fiqurlu Konkisürmə üzrə “Şöhrət Zalı”na, 2007-ci ildə isə dünya “Şöhrət Zalı”na daxil edilib.

Mütəxəssis məşqçilik karyerasını 2018-ci ilin yayında başa vurub.

Aut.az