Dünya futbolu

Braziliyanın qapıçısı niyə qeyri-adi nömrəli formada oynayıb? – FOTO

“Liverpul”un qapıçısı Alisson Braziliya millisinin heyətində Meksika yığması ilə yoldaşlıq görüşündə (3:2) 110 nömrə ilə çıxış edib.

Aut.az xəbər verir ki, 31 yaşlı qolkiper həmişə 1 nömrəli formanı geyinməyə öyrəşib. O, həm Mersisayd klubunda, həm də milli komandada daim 1 nömrəli formanı geyinib.

Alisson qeyri-adi nömrəli formada Meksika ilə matçda tam 90 dəqiqə oynayıb.

Məlum olub ki, Braziliya 110 illik yubileyini qeyd edərkən, qapıçısı üçün unikal forma sifariş etmək üçün xüsusi icazə alıbmış.

Braziliyanın qapıçısı niyə qeyri-adi nömrəli formada oynayıb? – FOTO