Şahmat

Azərbaycanlı şahmatçı Fransa çempionu olub

Azərbaycan şahmatçısı Rauf Məmmədov Fransa çempionu olub.

Aut.az Azərbaycan Şahmat Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 8 komandanın iştirak etdiyi birincilik 7 turdan ibarət olub.

Rauf Məmmədovun heyətində çıxış etdiyi “Çartres Eçecs” 30 xalla bütün rəqiblərini qabaqlayıb. Millimizin üzvü 6 oyunda 2 qələbə qazanıb, 4 dəfə heç-heçəyə razılaşıb. Çempion komandanın kapitanı Fransada yaşayan azərbaycanlı şahmatçı Namiq Quliyev olub.

29 xal toplayan “Biskviller” ikinci, 27 xala malik “Asnieres le Grand Ekiquer” komandası üçüncü yeri tutub.