“Liverpul”un əfsanəsinin vəziyyəti ağırdır
“Liverpul” sabiq kapitanı Alan Hansenə dəstək olub.
Aut.az xəbər verir ki, 68 yaşlı keçmiş sabiq futbolçunun vəziyyəti ağırdır və xəstəxanaya yerləşdirilib.
“Liverpul”dakı hər kəsin fikirləri və dəstəyi əfsanəvi keçmiş kapitanımız Alan Hansenə aiddir. Klub bu çətin zamanda dəstək olmaq üçün Alanın ailəsi ilə əlaqə saxlayır”, – İngiltərə komandasının mətbuat xidmətinin açıqlamasında deyilir.
Mərkəz müdafiəçisi kimi çıxış edən Hansen 14 il “Liverpul”da oynayıb (620 matç), 8 dəfə İngiltərə çempionu olub, 3 dəfə Avropa kubokunu və iki dəfə İngiltərə kubokunu qazanıb.
Oyunçu karyerasını bitirdikdən sonra Hansen 20 ildən çox BBC-də futbol eksperti kimi çalışıb.
Aut.az
