Almaniya

“Bavariya”nın qərarı onu təəccübləndirib: Xoş deyil

Əvvəllər “Bavariya”ya rəhbərlik edən niderlandlı mütəxəssis Lui van Qal Münhen klubuna Vinsent Kompaninin yeni baş məşqçi təyin olunmasına münasibət bildirib.

Aut.az xəbər verir ki, Lui van Qalın sözlərini “Sky Sports” sitat gətirib.

“Mən təyinatdan həqiqətən təəccübləndim, çünki mediada çoxlu adlar çəkilirdi. Kompani çox təcrübəsi olmayan gənc məşqçidir. Lakin onlar bir çox məşqçidən məyi xahiş etdilər, lakin onlar gəlmədilər. Düşünürəm ki, bu, “Bavariya” üçün o qədər də xoş deyil”, – Lui van Qal deyib.

Xatırladaq ki, daha əvvəl Ralf Ranqnik, Xabi Alonso, Unai Emeri kimi mütəxəssislərin “Bavariya”ya rəhbərlik etməkdən imtina etdiyi barədə məlumat yayılmışdı.

Lui van Qal 2009-2011-ci illərdə Münhen klubunun baş məşqçisi vəzifəsində çalışıb.

Aut.az