İspaniya

PSJ-də onun maaşı şişirdilmişdi, “Real”da belə olmayacaq – Prezident

La Liqanın prezidenti Xavyer Tebas daha əvvəl PSJ-də çıxış etmiş “Real Madrid”in yeni hücumçusu Kilian Mbappenin maaşı haqda danışıb.

Aut.az xəbər verir ki, Tebas bu barədə “Marca”ya danışıb.

“Deyə bilərəm ki, onun PSJ-də maaşı şişirdilmişdi. Bazardan kənara çıxırdı. Əminəm ki, onun “Real”dakı maaşı bazar limitləri daxilində olacaq. Bununla belə, onun nə qədər qazanacağını bilmirəm”, – Tebas deyib.

Xatırladaq ki, iyunun 3-də Mbappe rəsmən “Real Madrid”in futbolçusu olub. Bundan sonra mətbuatda fransalı hücumçunun maaşının ildə 30 milyon avro və vurulan qollara görə bonus olacağı barədə məlumatlar yayıldı. Mbappenin müqaviləsinə 1 milyard avroluq təzminat da daxildir.

Aut.az