Onun təqdimat mərasiminə görün nə qədər azarkeş gəldi – VİDEO
“Fluminense” ulduz müdafiəçi Tyaqo Silva üçün təqdimatı mərasimi keçirib.
Aut.az xəbər verir ki, Rio-de-Janeyrodakı Marakana stadionunda baş tutan mərasimdə 55 mindən çox insan iştirak edib. Bu da Braziliyada bir futbolçunun təqdimatı üçün rekord göstəricidir. Fanatlar 2006-2009-cu illərdə “Fluminense”də çıxış edən və klubun yetirməsi olan futbolçunu coşqu ilə qarşılayıblar.
Braziliya millisinin sabiq kapitanı son olaraq “Çelsi”də (2020-2024) çıxş edib. 39 yaşlı mərkəz müdafiəçisi PSJ (2012-2020) və “Milan” (2009-2012) kimi klubların da formasını geyinib.
