Lunyov Azərbaycandakı karyerasından və gələcək planlarından danışdı
“Azərbaycandakı karyeram məni ümumiyyətlə qane etdi. Hələ düşünmək və təkmilləşdirmək üçün məqamlar var”.
Aut.az xəbər verir ki, bu sözləri Rusiya millisinin qapıçısı Andrey Lunyov “Qarabağ”dan ayrıldıqdan sonra gələcək karyerası haqda danışarkən deyib. O, Ağdam təmsilçisindən sonra hansı klubda çıxış edəcəyi ilə bağlı suala belə cavab verib:
“Hələ heç nəyə şərh verə bilmərəm. Danışıqlar davam edir və təkcə Rusiya klubları ilə deyil. Gələcək başqa cür ola bilər. Baxaq, nüanslara fikir verəcəm. Ailə ilə birlikdə qərar verəcəyik”.
Qeyd edək ki, ötən mövsüm Lunyov “Qarabağ” ilə Azərbaycan çempionu olub və ölkə kubokunu qazanıb.
Aut.az
