İngiltərə

Əfsanə ilə müqavilə uzadıldı

 “Lester” hücumçusu Ceymi Vardi ilə müqaviləni uzadıb.

Aut.az xəbər verir ki, “tülkülər”lə Premyer Liqa, İngiltərə Kuboku və İngiltərə Superkubokunu qazanan 37 yaşlı klub əfsanəsi komanda ilə əməkdaşlığını 2025-ci ilin yayına qədər uzadıb.

2024/25 mövsümündə “Lester” yenidən Premyer Liqada oynayacaq. Komanda aşağı liqaya düşdükdən bir il sonra elitaya qayıdıb.

Aut.az