Azərbaycan futbolu

“Turan Tovuz” kapitanla yeni müqavilə imzaladı

“Turan Tovuz” Şəhriyar Əliyev ilə müqavilənin müddətini uzadıb.

Aut.az xəbər verir ki, 2 mövsümdür komandanın şərəfini qoruyan və kapitanlarından olan təcrübəli müdafiəçi ilə 1+1 illik yeni müqavilə bağlanıb.

Qeyd edək ki, Şəhriyar Əliyev son mövsümdə “Turan Tovuz”un heyətində meydana çıxdığı 25 rəsmi matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.